Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2021 14:44
Antalyada bir qadın 9 il əvvəl evləndiyi əri Ö.K. tərəfindən olmazın zülmlərə görə ictimaiyyətdən kömək istəyib.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, 13 yaşında ərə gedən qadını əri əvvəlcə zorla narkotik istifadəçisinə çevirib, bir müddət sonra isə pul tapmaq üçün onu fahişəliyə və oğurluğa cəlb edib.
"Məni yol kənarına çıxarıb, "burada kişilərlə ol, axşama kimi pul qazan" deyirdi. Pulu gətirdikdə isə "qazandığın bu qədərdimi?" deyə əsəbiləşirdi", qadın bildirib. İki uşaq anası Ceyda K. bu həyat tərzindən qurtulmaq üçün kömək istəyir. Narkotik bataqlığından qurtulub, biri evində, digəri də qohumlarında olan övladlarına qovuşmaq ən böyük arzusudur.
Kamran Seyidov