Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yetkinlik yaşına çatmayana siqaret satan satıcı aşkarlanıb

Yetkinlik yaşına çatmayana siqaret satan satıcı aşkarlanıb

Tarix: 19 May 2021 16:00

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbir nəticəsində bir köşkdə satıcının yetkinlik yaşına çatmayana tütün məmulatları satması aşkar edilib.

Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Milli.Az


Etiketlər:  Yetkinlik yaşına çatmayana siqaret satan satıcı aşkarlanıb


RƏYLƏR