Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2021 16:18
APOEL klubunun futbolçusu Qayas Zahidlə maraqlanan Azərbaycan klubunun adına aydınlıq gəlib.
Sonxeber.net sportinfo.az-a istinadən xəbər verir ki, bu, son ölkə çempionu "Qarabağ"dır.
Ağdam təmsilçisinin 27 yaşlı hücumameylli yarımmüdafiəçiyə ildə 450000 avro təklif etdiyi bildirilir. Adı açıqlanmayan Türkiyə klubunun isə 600000 avro ödəməyə hazır olduğu, bu səbəbdən, Zahidin ikinci varianta üstünlük verəcəyi deyilir.
Qayas Zahid 2017-ci ildən APOEL-də çıxış edir. Onun müqavilə yayda başa çatacaq.