Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazsız suyun faydaları

Qazsız suyun faydaları

Tarix: 20 May 2021 07:24

Qazsız su iysiz və dadsız mayedir. Normal şərtlər altında qazsız su rəngsiz olur. Onun əsas işi insanın həyat fəaliyyətinə müsbət təsir etməsidir. Qazsız su universal durulaşdırıcıdır. Ondan bütün biokimyəvi proseslər zamanı istifadə edilir. İnsan bədəninin çəkisindən asılı oalaraq 55-78%-i sudan ibarətdir. Orqanizm bu suyun 10%-ini itirdikdə patoloji əlamətlər ortaya çıxır. Gün ərzində qazsız 1,5 litr su içmək orqanizmin su-duz mübadiləsinin normallaşmasına səbəb olur. Su dedikdə qəhvə, çay, sulu meyvələr və s. nəzərə alınmır. Qazsız su iki növə ayrılır: birinci və əla növ. Birinci növ su su kranlarından gələn və filtirlənmiş sudur. Bu suyun tərkibində müxtəlif bakteriyalar, ağır metal birləşmələri və xlorlu birləşmələr olur. Əla növ su isə  təbii qaynaqlardan və artezian quyularından çıxan sulardır. Bu cür su tərkibində olan mineralların miqdarına görə müxtəlif olur.
* Tərkibində kalsium, natrium, maqnium, hidrokarbonat və xloridlər olan mətbəx suyu. Bu mineralların miqdarı 1 litr suda 1 qramdan çox olmur. Bu su süni yollarla axar suların təmizlənməsi yolu ilə əldə edilə bilir. Belə suyun tərkibində soda, gümüş, ftor, yod və selen ola bilir.
* Tərkibində 1-10 qram miqdarında süzülmüş minerallar olan qazsız mətbəx suyu. Daimi olaraq bu sudan istifadə eləmək məsləhət görülmür. Bu orqanizmin hiperminerallaşmasına səbəb olur. Bu zaman minerallar orqanizm tərəfindən sorulmur və bəzən yığılıb qalır.
Qazsız suyu idxal edən bir çox şirkətlər var. Əgər bu su təbii qaynaq və ya artezian suyudursa onun etiketinin üzərində suyun haradan olması qeyd edilir. Ən çox satılan qazsız sular isə Vittel, Borjomi, Bonaqua, Borjomi, Mirqorod, Truskabets, Yessentuki və s. dir.
Suyun faydalı xüsusiyyətləri
Təbii qazsız su orqanizm üçün çox faydalıdır. Bütün su təmizləyici və sağlamlaşdırıcı məqsədlərlə fəaliyyət göstərən müəssisələr suyun keyfiyyətli olmasına xidmət edir. Kimyəvi və mineral tərkibindən asılı olaraq qazsız su müalicə və profilaktika məqsədi güdür. Bu su bir çox xəstəliklərin profilaktikasında mühüm rol oynayır. Hidrokarbonat sulfat tərkibli qazsız su qastrit, mədə-bağırsaq yaraları, tənəffüs yolları, sidik yolları, böyrək xəstəlikləri zamanı istifadə edilir. Xlorid-sulfat tərkibli sudan podaqra, piylənmə və şəkərli diabet xəstəliyi zamanı istifadə etməkdə fayda var.
Bağırsaq və qaraciyər xəstəlikləri zamanı yeməkdən yarım saat əvvəl gündə 3 dəfə 40-45* temperaturunda qazsız su içmək çox faydalıdır. Artıq çəkidən əziyyət çəkənlərə yeməkdən bir saat əvvəl 150-200 ml qazsız su içmək tövsiyə edilir. Qazsız su ilə müalicə zamanı həkimlə məsləhətləşmək lazımdır.
Qazsız suyun zərərli xüsusiyyətləri
Təbii qazsız sudan istifadə edərkən onun tərkibinin təmiz olmasına əmin olmaq lazımdır. Bu zəhərlənməyə və ishala səbəb ola bilir.
Həddindən çox minerallı su içmək orqanizmdə duzların yığılmasına səbəb olur. Tərkibində olan minerallar bəzi hallarda orqanizmdə allergiyaya səbəb ola bilir. Tərkibində gümüş və karbon dioksid olan suyu azyaşlı uşaqlara vermək məsləhət görülmür.


Etiketlər:  Qazsız suyun faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ