Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yemişin faydaları

Yemişin faydaları

Tarix: 20 May 2021 08:18

Yemiş balqabaqkimilər fəsiləsinə, xiyar cinsinə aid olunan meyvələrdəndir. O yalançı giləmeyvədir. Yemişin vətəni Afrika və Hindistan hesab edilir. O işıq və istisevər bir birkidir və soyuğa, nəmliyə davam gətirmir. Yemiş növündən və yetişdiyi yerdən asılı olaraq formasını və çəkisini dəyişə bilir. Onun çəkisi 1-10 kq arasında dəyişə bilir. Yemiş yumru, uzunsov, silindirvari, sarı, yaşıl və solaqlı rənglərdə ola bilir. Yemiş qədim zamanlarda Ərəbistan yarımadasında,Qədim Misirdə, Orta Asiya ölkələrində ən məşhur qida vasitəsi hesab edilib. Yemiş kalorili giləmeyvələrdəndir. Piylənmədən əziyyət çəkənlərə yemiş yeyərkən diqqətli olmaq məsləhət bilinir. Onun 100 qramında 35 kKalori var. Qurudulmuş yemişdə isə bu rəqəm 341-dir.
100 qram yemişin tərkibində olanlar:
- Zülallar -0,6 qr
- Yağlar - 0,3 qr
- Karbohidratlar - 7,5 qr
- Su - 90 qr
- Kalori - 35 kKal.
Yemişin kimyəvi tərkibi onun növündən asılı olaraq dəyişir. Yemişin lətində 20 - 46% şəkər, karotin, A, B, C, P vitaminləri, çoxlu miqdarda fol turşusu, dəmir, pektin maddəsi, yağlar və mineral duzlar var.
Yemişin lətində və tumlarından 30% yağlar vardır ki, bunlarda da qida sənayesində istifadə edilir. Yemiş həzm prosesini sürətləndirir, qan əmələgəlmə prosesində iştirak edir. Atereskleroz, anemiya, ürək-damar xəstəlikləri zamanı yemiş yeməkdə fayda var.
Yemişin müalicəvi xüsusiyyətlərindən qədim zamanlarda istifadə edilir. Depressiya, sinir xəstəlikləri, vərəm, revmatizma, sinqa, podaqra zamanı yemiş xəstəliklərin əlamətlərinin aradan qaldırırb. Yemiş iltihab əlyhinə, öskürəkkəsici və qurd əleyhinə də təsirə malikdir.
Yemiş qəbizliyin və babasilin bağırsaqlarda əmələ gətirdiyi narahatçılıqların da aradan qalxmasına səbəb olur. O sidikqovucu təsirə malikdir, bağırsaq möhtəviyyatını yumşaldır. Qara ciyər, böyrək və sidik kisəsi xəstəlikləri zamanı yemiş çox faydalıdır.
Yemiş sinir sistemini sakitləşdirir, susuzluğu aradan qaldırır. Dietoloqlar qan azlığı zamanı, ürək-damar xəstəliklərində,böyrək və qara ciyər xəstəlikləri zamanı yemiş yeməyi məsləhət bilir. Buna səbəb isə yemişin tərkibinddə B9, C, dəmir duzu və kaliumun olmasıdır. Yemişin faydalılığı onun yetişməsindən asılı olaraq dəyişir. Belə ki, yetərincə yetişməmiş yemişi yedikdə mədə yarası və qastrit xəstəliklərinin əlamətləri kəskinləşir.  Yemişi acqarına yemək də məsləhət bilinmir. Bu mədə-bağırsaq sistemi üçün təhlükəli sayıla bilər. Onun faydasından tam yararlanmaq üçün iki yemək arasında olan məsafədə qəbul etmək lazımdır. Bu zaman yemiş digər qida vasitələri ilə qarışmır və tərkibini dəyişmir.
Xalq təbabətinddə yemişddən qara ciyər xəstəliklərindən və əməliyatlardan sonra yaranan zəifliklər zamanı istifadə edilir. Yemiş bir çox xəstəliklərin sağalmasını sürətləndirir. Yemişin toxumları qonoreya xəstəliyinin sağalmasına səbəb olur.
Son illər dietoloqlar həzmi sürətləndirmək üçün yemiş yeməyi məsləhət bilirlər. O qurdların orqanizmdən xaric olunmasını sürətləndirir. Əsasən də bağırsaqlarında qurd olan uşaqlar bir müddət yemiş yedikləri zaman asanlıqla helmint xəstəliklərindən xilas olurlar.
Yemişdən yumşaldıcı və tonuslandığıcı maskaların hazırlanmasına istifadə edilir. Yarım ay hər gün üzün dərisinə əzilmiş yemiş ləti qoyduqda dəri elastikləşir və onun tonusu artır. Bu maska dərinin rənginin də şəffaflaşmasına və gözəlləşməsinə səbəb olur.
Yemişin zərərli xüsusiyyətləri
Yemişi acqarına yemək olmaz. Uşaqəmizdirən analara yemiş yemək məsləhət görülmür. Bu uşaqda ağır dispepsiya əlamətlərinin əmələ gəlməsinə səbəb ola bilir.  Şəkərli diabet, mədə və onikibarmaq yarası olan xəstələr yemiş yeyərkən ehtiyyatlı olmalıdırlar.  Dizenteriyadan əziyyət çəkənlərə də yemiş yemək məsləhət görülmür.Yemiş yedikddən sonra qısa bir zamanda soyuq su içmək, süd, qatıq,yoqurt və digər bu kimi süd məhsulları qəbul eləmək olmaz. Bu mədə narahatçılığına səbəb ola bilər. Yemiş yeyən zaman spirtli içki qəbul etdikdə də eyni vəziyyət meydana çıxır.
Əzilmiş və çürümüş yemişi də yemək məsləhət deyil. Bu botulizmə və salmanelyoz xəstəliyinə səbəb ola bilir.


Etiketlər:  Yemişin faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ