Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər özlərini ifşa edirlər - Şuşadan neçə xalça oğurlanıb? - VİDEO

Ermənilər özlərini ifşa edirlər - Şuşadan neçə xalça oğurlanıb? - VİDEO

Tarix: 20 May 2021 12:40

Ermənilər özləri özlərini ifşa edirlər. Mənfur düşmən Şuşadan qaçarkən oğurladığı xalçaların sayını açıqlayıb. Bu etirafı İrəvanda xalçaların sərgiləndiyi muzeyin direktoru edib. Mark Qriqoryan mədəniyyət paytaxtımızdan 100-dən çox xalçanın daşındığını bildirib. Artıq Ermənistanda nümayiş olunan xalçalarla bağlı bəyanat hazırlanıb. Beynəlxalq təşkilatlar məlumatlandırılıb.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Ermənilər Şuşadan qaçarkən Azərbaycana məxsus 120 xalça oğurlayıblar.  Hazırda İrəvandakı Memarlıq Muzey-institunda sərgilənən bu xalçaların noyabrın 1-də "Ford" markalı yük maşını ilə daşındığını deyən muzeyin direktoru Mark Qriqoryan əslində özü  də bilmədən oğurluq halını etiraf edib.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirdi ki, İrəvanda nümayiş olunan xalçaların sosial şəbəkələrdə yayılan şəkillərinə ekspert komissiyası tərəfindən baxış keçirilərək rəy hazırlanıb. Onun sözlərinə görə, İrəvandakı muzeydə nəinki Qarabağ tipinə aid xalçalar, eləcə də Quba, Qazax və Şirvan xalçaları da sərgilənir.

Milli Xalça Muzeyinin direktoru vurğuladı ki, bununla bağlı YUNESKO, Beynəlxalq Muzeylər Şurasına və digər xarici təşkilatlara bəyantlar göndərilib. Həmin xalçaların faktlarla bizə məxsus olduğu göstərilib. Təəssüf ki, bütün bunlara baxmayaraq, beynəlxalq qurumlar bu məsələni də görməzdən gəlirlər.

Xatırladaq ki, Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildə YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.


Etiketlər:  Ermənilər özlərini ifşa edirlər Şuşadan neçə xalça oğurlanıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ