Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 11:15
Bakıda Süni İntellekt Akademiyasında media nümayəndələri üçün “Süni İntellekt Standartlarının Media Nümayəndələrinə Kommunikasiyası” adlı tədbir keçirilir.
Sonxeber.net xəbər verir ki, tədbir "AZCON Holding"ə daxil olan Milli Süni İntellekt Mərkəzi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı baş tutur.
Tədbirin məqsədi yeni qəbul olunmuş dövlət süni intellekt standartlarının media sektoru üçün izahı və onların tətbiqi ilə bağlı əsas məqamların çatdırılmasıdır.
Jurnalistlər, redaktorlar və PR mütəxəssisləri üçün nəzərdə tutulan görüşdə standartların ümumi strukturu, Azərbaycanın beynəlxalq standartlaşdırma prosesində rolu və yerli ekosistemdə tətbiq istiqamətləri barədə məlumat veriləcək.
Xəbər yenilənəcək