Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın oyununda xoşagəlməz HAL: 100 manatlıq biletlə stadiona buraxılmadılar

''Qarabağ''ın oyununda xoşagəlməz HAL: 100 manatlıq biletlə stadiona buraxılmadılar

Tarix: 11 Dekabr 2025 11:46

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində "Qarabağ" Bakıda Niderlandın "Ayaks" klubu ilə qarşılaşıb.

Sonxeber.net-ın məlumatına görə, matçda bir neçə azarkeş problemlə üzləşib

Belə ki, bir qrup azarkeş əllərində 100 manat dəyərində bileti olmasına baxmayaraq, stadiona girişlərinə icazə verilməyib. Buna səbəb kimi isə onların matça 15 dəqiq gecikməsi olub.

Yaşanan hal azarkeşlər arasında böyük narazılıq doğurub. Onlar stadion önündən görüntü çəkərək, paylaşımla etiraz ediblər. 

Onu da qeyd edək ki, dünyada nüfuzlu futbol turnirlərində qarşılaşmalar başladıqdan 15 dəqiqə sonra azarkeşlər üçün stadionun qapıları bağlanır.


Etiketlər:  Qarabağın oyununda xoşagəlməz manatlıq biletlə stadiona buraxılmadılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ