Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

54 kq-a yaxın narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

54 kq-a yaxın narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Tarix: 11 Dekabr 2025 12:24

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 53 kiloqram 250 qram narkotik vasitənin və 1450 ədəd narkotik tərkibli metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Sonxeber.net xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1991-ci il təvəllüdlü Sadıqov Amil Vidadi oğlu şübhəli şəxs qismində saxlanılmış, uçuş aparatı vasitəsilə sərhəd xəttinə yaxın əraziyə atılmış ümumi çəkisi 9 kiloqram 760 qram narkotik vasitə marixuana və 450 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülmüşdür.

İlkin dindirmə zamanı saxlanılan şəxs həmin əraziyə narkotik vasitəni götürmək məqsədilə gəldiyini etiraf etmişdir.

Sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dekabrın ayının 7-də 20 kiloqram 240 qram narkotik vasitə (19 kq 180 qram marixuana, 1060 qram metamfetamin), dekabrın 9-da isə 23 kiloqram 250 qram narkotik vasitə marixuana və 1000 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar edilmişdir.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Etiketlər:  yaxın narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ