Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən ay 28 aptekdə yoxlama aparılıb, 5 aptekdə çatışmazlıq aşkarlanıb

Ötən ay 28 aptekdə yoxlama aparılıb, 5 aptekdə çatışmazlıq aşkarlanıb

Tarix: 11 Dekabr 2025 12:27

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2025-ci ilin noyabr ayında 28 aptekdə yoxlama aparıb.

Sonxeber.net xəbər verir ki, bu barədə AEM məlumat yayıb.

Bildirilib ki, bunlardan 24-ü Bakıda, qalan dördü isə ölkənin digər şəhər və rayonlarında olub:

"Mərkəz tərəfindən 22 aptekdə – planlı, 6 aptekdə isə plandankənar yoxlamalar aparılıb. Monitorinq zamanı beş aptekdə çatışmazlıqlar aşkar edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə protokollar tərtib edilib", məlumatda qeyd olunub.


Etiketlər:  Ötən aptekdə yoxlama aparılıb aptekdə çatışmazlıq aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ