Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray''da ciddi itki - FOTO

''Qalatasaray''da ciddi itki - FOTO

Tarix: 11 Dekabr 2025 12:32

UEFA Çempionlar Liqasının 6-cı həftəsində səfərdə "Monako"ya məğlub olan "Qalatasaray" 9 xalla qalıb. 

Sonxeber.net xəbər verir ki, "Qalatasaray"ın təcrübəli qapıçısı Uğurcan Çakır səfərdə "Monako"ya 1:0 hesabı ilə uduzduqları oyunda zədələnərək matçı başa vura bilməyib. Oyundan sonra Okan Buruk Uğurcan Çakırın zədəsi ilə bağlı məlumat verib.

Okan Buruk Uğurcan Çakırın yuxarı bud əzələsində gərginlik olduğunu, təcrübəli qolkiperin dəqiq vəziyyətinin bugünkü MRT nəticələrinə görə müəyyən ediləcəyini bildirib.

Qeyd edək ki, "Qalatasaray"ın təcrübəli qolkiperi Çempionlar Liqasının "Monako" ilə səfər matçında zədələnib və 67-ci dəqiqədə onu Günay Güvenç əvəzləyib.


Etiketlər:  Qalatasarayda ciddi itki FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ