Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FHN kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib

FHN kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib

Tarix: 11 Dekabr 2025 12:42

Fövqəladə Hallar Nazirliyinin kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib.

Sonxeber.net-in məlumatına görə, müraciət qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, kiçikhəcmli gəmi istifadəçiləri, o cümlədən balıq ovu ilə məşğul olan şəxslər tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması nəticəsində arzuolunmaz hallar yaşanır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək gəmilərin təhlükəsiz istismarı qaydalarına ciddi riayət etməyə çağırır.

"Belə ki, kiçikhəcmli gəmilərin sürücüləri səfərə çıxmazdan əvvəl gəminin sazlığını, müəyyən olunmuş normaya uyğun xilasetmə və zəruri avadanlıqlarla təchiz olunmasını təmin etməli, gəminin sərnişin və yükgötürmə qabiliyyəti üzrə məhdudiyyətləri nəzərə almalı və sərnişinləri gəmidə təhlükəsizlik qaydaları haqqında təlimatlandırmalıdır. Həmçinin, səfər vaxtı üçün proqnozlaşdırılan hava şəraiti öyrənilməli və gəminin üzə biləcəyi maksimal dalğa hündürlüyü və küləyin sürəti nəzərə alınmalıdır. Yadda saxlamaq lazımdır ki, yelkənli və mühərrikli qayıqlar yalnız onların gəmi biletlərində göstərilmiş küləkli və dalğalı hava ilə bağlı məhdudiyyətlərə riayət etməklə hərəkət edə bilərlər. Kiçikhəcmli avarlı qayıqların isə küləyin sürəti 7 m/san-dən artıq olduqda dənizə çıxması qadağandır. Eləcə də dumanda və görmə məsafəsini məhdudlaşdıran və səmtləri müəyyənləşdirməyin mümkün olmadığı digər əlverişsiz hava şəraitində kiçikhəcmli gəmilərin hərəkəti qadağandır. Sərhəd sularında balıq ovu ilə məşğul olmağa və digər işləri yerinə yetirməyə yalnız günün işıqlı vaxtı icazə verilir", - məlumatda qeyd olunub.


Etiketlər:  kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ