Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtomobillər hərəkət edən kimi ətrafı toz bürüyür - Bura Şəki-Oğuz magistralıdır - VİDEO

Avtomobillər hərəkət edən kimi ətrafı toz bürüyür - Bura Şəki-Oğuz magistralıdır - VİDEO

Tarix: 20 May 2021 13:30

Şəki -Oğuz magistral yolunun asfalt örtüyü bir neçə aydır sökülsə də hələ də təmir olunmayıb. Avtomobillərin hərəkəti zamanı yaranan toz-torpaq ətrafda yaşayanları əməlli -başlı narahat edir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, qışda palçıq idi indi isə toz torpaq...

Avtomobillər hərəkət edən kimi ətrafı toz bürüyür..Bura Şəki Oğuz yoludur...

Keçən ilin son aylarından başlayaraq Göyçay ATF yol tikinti şirkəti tərəfindən Balakən -Qaraməryəm -Baki mağistralının Şəki -Oğuz rayonlararası yollarda asfalt örtük sökülərək yolun əsaslı təmirinə başlanıb.Qış aylarında 40 km- ə qədər ərazidə asfalt üçün qum çınqıl döşənsə də bir neçə aydır ki tikinti işləri getmir, texnikalar ərazidən yığışdırılıb. Bu vəziyyətdən sakinlər əziyyət çəkir.

Əhalisi 1800 nəfərə yaxın olan Oğuz rayonunun Bucaq kəndi mağistrala daha yaxın olduğü üçün kənddə yaşayanlar ciddi əziyyət çəkir.

Onu da bildirək ki oxşar vəziyyət mağistral yolun keçdiyi Şəki şəhərinin yeni yaşayış massivində, Zəyzid kəndlərində ,Köbər zəyzid,Qirxbulaq ,Oğüz rayonunun Calud qəsəbəsində də yaşanır. AAYDA -NİN sözçüsü Anar Nəcəfli  bildirib ki,  Həmin yol ikinci texniki dərəcəyə uyğun yenidən qurulur.İşlər indi son mərhələdədir. qrafikə uyğun şəkildə Şəki şəhərinin Zəyzid kəndində körpü istismar müddətini bitirdiyindən sökülüb yenidən tikilərk orda yeni su ötrücüsünün inşasına başlanıb.Bu işlər də yaxın vaxtlarda başa çatdırılaraq asfaltlanma işlərinə start veriləcək Bu ilin sonunadək yola asfalt beton örtüyünün döşənməsi işləri yekunlaşdırılacaq.

Milli.Az


Etiketlər:  Avtomobillər hərəkət edən kimi ətrafı toz bürüyür Bura Şəki Oğuz magistralıdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ