Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2019 15:36
“Qarabağ” ciddi itki ilə üzləşib.
Qol.az-ın xəbərinə görə, Çempionlar Liqasının “Dundalk”a qarşı Bakıda keçirilən cavab oyununda (3:0) zədələnərək meydanı erkən tərk etmək məcburiyyətində qalan Filip Ozobiçin zədəsinin ciddi olduğu müəyyənləşib.
Klubun mətbut xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a bildirib ki, bu gün tibbi müayinədən sonra xorvat futbolçunun dizətrafında sümük qırığı aşkarlıanıb: “Onun əməliyyat ediləcəyi istina deyil. Həkimlərin məşvərətindən sonra onun konkret hansı müddətə yaşıl meydana dönəcəyi müəyyənləşəcək”.
Beləliklə, Ozobiç, eləcə də digər zədəli Bədavi Hüseynov APOEL-lə avqustun 6-sı Kiprdə keçiriləcək Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununu buraxmalı olacaq. “Dundaik”la matçda zədələnən Miçel və Maksim Medvedyevin isə həmin görüşdə meydana çıxacağı ehtimal edilir.