Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2021 10:06
"Qarabağ"dan ayrılıb "Legiya"ya keçən Mahir Emrelinin illik qazancı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, 23 yaşlı forvard Polşa klubunda illik 300 min avro maaş alacaq.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu onu ən çox qazanan azərbaycanlı futbolçuya çevirəcək.
Qeyd edək ki, "Bakı"nın yetirməsi olan Mahir 2015-ci ildən "Qarabağ"ın uğurları üçün çalışırdı. 23 yaşlı futbolçu geridə qalan mövsümdə Ağdam klubunun heyətində bütün turnirlər çərçivəsində 30 matça çıxıb, 22 qola imza atıb.