Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2021 12:58
Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhülkəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində külli miqdarda narkotik dövriyyədən çıxarılıb.
Dövlət Sərhəd Xidmətindən (DSX) Sonxeber.net-a verilən məlumata görə, Neftçala rayonunda keçirilən əməliyyat nəticəsində Neftçala rayonu Həsənabad kənd sakini 1974-cü il təvəllüdlü Salahov Qüdrət İbadulla oğlunun həmin rayonun Kürdili adasında sahibsiz evdə gizlətdiyi ümumi çəkisi 11 kq 770 qram narkotik vasitəyə bənzər maddə (7 kq 625 qram heroin, 4 kq 145 qram tiryək) aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.