Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2021 08:12
Rusiyada bir təmizləmə qurumunda kanalizasiyanın təmizlənməsi əsnasında çox sayda işçi metan qazından zəhərlənib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 8 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə Rostov vilayətində - Taqanroq şəhərində baş verib.
Rusya Səhiyyə Nazirliyi müalicəsi davam etdirilən üç nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb.