Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2021 10:46
Havaların isinməsi, turist və tələbələrin olmaması kirayə mənzillərə tələbatı azaldıb. Bu da öz növbəsində, qiymətlərə təsir edib. Kirayə evlərin qiymətləri nəzərəçarpacaq dərəcədə düşüb. Hansı ərazilərdə nə qədər ucuzlaşma var?
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, paytaxtda bina evlərinin kirayə qiymətləri xeyli düşüb. Bunun səbəbi mənzillərə tələbatın kəskin azalmasıdır.
Əmlak eksperti Nofəl Quliyev bildirir ki, səbəb turist və tələbələrin olmaması, həmçinin insanların bağ evlərinə üz tutmalarıdır. Ən çox ucuzlaşma birinci və ikinci zonalarda, yəni şəhər mərkəzi və mərkəzə ən yaxın ərazilərdə qeydə alınıb.
Nəsimi, Xətai və Səbail rayonları ərazisində yeni tikililərdə üçotaqlı mənzillərin aylıq kirayə qiymətlərində isə 400-600 manat arasında düşmə var.
3 və 4-cü zonalarda, yəni Binəqədi, Suraxanı, Sabunçu və Yasamal rayonlarında da kirayə qiymətləri enib. Bu rayonlarda hətta 200 manata da kirayə evlər tapmaq mümkündür.
Reiltor Həşim Qədirov deyir ki, əşyalı evlərin kirayə qiymətləri əşyasızlarla müqayisədə bahadır. Buna baxmayaraq, həmin mənzillərin də aylıq kirayə qiymətləri düşüb
Kirayə qiymətlərində ucuzlaşma tempinin sentyabr ayına qədər davam etməsi gözlənir. Yalnız sərhədlər açılacağı təqdirdə tələbat artacağından qiymətlərin qalxması da istisna olunmur.