Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Builki mahnını və nömrəni nə ölkəmə yaraşdırdım, nə də Samirəyə''

''Builki mahnını və nömrəni nə ölkəmə yaraşdırdım, nə də Samirəyə''

Tarix: 23 May 2021 10:55

"Mən bu yarışmada ilk gündən ölkəmi dəstəkləmişəm. Bu il də istisna olmadı, Azərbaycana və Samirəyə ürəkdən uğurlar arzu edirdim".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Avroviziya-2021"də Azərbaycan şərhçilərindən biri olan aparıcı Hüsniyə Məhərrəmova instaqram hesabında yazıb.

"Samirə çox istedadlı ifaçıdı. Lakin mənim iki üzüm yoxdur ki, biri ilə bəyənmədiyim halda o biri ilə tərifləyim. Şəxsən mən, builki mahnını və nömrəni nə ölkəmə yaraşdırdım, nə də Samirəyə!", - o qeyd edib. 

Məhərrəmova düşünür ki, ölkəmiz üçün belə bir əhəmiyyətli ildə, Avropanın ən böyük platformasında Azərbaycan daha layiqli təmsil oluna bilərdi:

"Ona görə, narazı qalan qohum, əqraba, dost tanışa intriqalarla deyil, musiqi zövqləri ilə məşqul olmağı arzu edirəm".

Qeyd edək ki, Hüsniyə uzun illərdir müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikov, stilist Anar Ağakişiyev və müğənni Samirə Əfəndi ilə küsülüdür. Hətta Xalq artisti Aygün Kazımova Samirəyə dəstək paylaşımında Hüsniyənin də adını qeyd etmiş, lakin Əfəndi həmin postu paylaşarkən aparıcının adını gizlətmişdi.


Etiketlər:  Builki mahnını nömrəni ölkəmə yaraşdırdım Samirəyə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ