Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peyvənd vurduranların nəzərinə - 8 həftə ərzində... - VİDEO

Peyvənd vurduranların nəzərinə - 8 həftə ərzində... - VİDEO

Tarix: 23 May 2021 11:36

Koronavirusa qarşı peyvəndlərin insan səhhətində yarada biləcəyi ağırlaşmalar 8 həftəyədək olan müddətdə ortaya çıxır.

Bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib.

O bildirib ki, peyvənd vurulan şəxslərdə 8 həftədən sonra hansısa ağırlaşma halları ola bilməz:

"Bütün peyvəndlərdə vurulduğu gündən etibarən 8 həftə ərzində ağırlaşma ola bilər. Peyvənd səbəbindən yarana biləcək ağırlaşmalar 8 həftəyədək olan müddətdə ortaya çıxır. Bəziləri deyir ki, peyvənd vurulandan sonra qolunda ağrılar, qızdırma, halsızlıq və s. hallar oldu. Amma 3 gündən sonra bu ağrılar yoxa çıxır. Əgər peyvənddən sonra  8 həftə ərzində hansısa ağırlaşmalar baş verməsə, deməli peyvənd tam etibarlı peyvənddir".


Etiketlər:  Peyvənd vurduranların nəzərinə həftə ərzində VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ