Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2019 20:00
Bakı. Vüqar İmanov - Trend:
JARA 2019 beynəlxalq musiqi festivalında Rusiya, Qazaxıstan və Özbəkistanda yaşayan və işləyən azərbaycanlı məşhurlar da iştirak edib.
Trend-in məlumatına görə, Rostov şəhərində yaşayan Elman Zeynalov “Jara” festivalında ikinci dəfə iştirak edib.
Lerikdə anadan olmuş və hazırda Moskvada yaşayan Cahid Hüseynli (Jony) festivala ilk dəfə qatılıb.
Festivalda həmçinin Sankt-Peterburqda yaşayan bloqer Hüseyn Həsənov, Qazaxıstanda yaşayan Babək Məmmədrzayev, Özbəkistanda doğulmuş və anası azərbaycanlı olan Oleq Ternovoy, eləcə də BahhTee (Bəxtiyar Əliyev), HammAli&Navai (Aleksandr Əliyev və Nəvai Bəkirov), Rauf&Faik (Rauf və Faiq Mirzəyev əkiz qardaşları) iştirak edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin