Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2021 12:25
Azərbaycanın "Eurovision 2021" təmsilçisi Samirə Əfəndinin yarışmada 20-ci yeri tutması və az xal toplaması ətrafında müzakirələr bitmək bilmir.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, əksər ölkələrin "Mata Hari" ifasına xal verməməsi ilə bağlı bu dəfə müğənni Murad Arif fikir bildirib.
"İldə bir dəfə Avropanın televiziya bayramına qoşuluruq. "Avroviziya" özü getdikcə melodiya yarışından çox, "POPsa", qəribəlik, erotizm, dəlilik, sərbəstlik, azadlıq və friklərin yarışına çevrilməkdədir. Hər ölkə də bacardığı kimi yaddaşda qalmağa çalışır.
Azərbaycan bu il başqa nəğmə, mövzu ilə çıxmalı idi. Amma, artıq budur, belədir. Ölkəmizə dəstək olmalıyıq. Hər ilin öz favoritləri, proqnozları olur. Çox zaman mənim proqnozlarım dəqiq olduğu üçün bu il də təxminlərimi sizinlə bölüşürəm. Şəxsən bəyəndiyim mahnılar İtaliya, Portuqaliya və Rusiyadandır".