Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kolumbiyada hökumət əleyhinə etirazlar davam edir

Kolumbiyada hökumət əleyhinə etirazlar davam edir

Tarix: 24 May 2021 13:30

Kolumbiyada kütləvi antihökumət etirazları 25 gündür ki, davam edir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, minlərlə nümayişçi ölkənin paytaxtı Boqota ilə yanaşı Medelin, Kali, Bukaramanqa və Valye del Kauka şəhərlərində küçələrə çıxıb.

Medelində nümayişlər gündüz vaxtı dinc şəkildə baş tutsa da, axşam saatlarında iğtişaşlar yaşanıb. Bir qrup maskalı şəxs ticarət mərkəzini qarət etməyə çalışıb. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. 3 mühafizəçi daxil olmaqla 9 nəfər yaralanıb.

Kalidə nümayişçilər əsas yolları bağlayıblar. Polislə qarşıdurmalar yaşanıb. Etirazçılar təhlükəsizlik qüvvələrinə daş və molotof kokteyli atıblar. Polis gözyaşardıcı qazdan istifadə edib. İğtişaşlarda 1 nümayişçi həlak olub, 6 nəfər xəsarət alıb.

Kolumbiyadakı "Voces del Sur" ofisi (Latın Amerikasındakı media qurumlarının hüquqlarında dair araşdırma mərkəzi) bu günə qədər polisin güc tətbiq etməsi nəticəsində 16 jurnalistin yaralandığını açıqlayıb.

Qeyd edək ki, Kolumbiyada vergi islahatlarına qarşı etirazlar 28 apreldə başlayıb.

QHT-nin verdiyi məlumata görə, qiyamlar zamanı bir aya yaxın müddətdə 42 nümayişçi həlak olub, 2 905 nəfər polis zorakılığına, 21 nəfər cinsi təcavüzə məruz qalıb.

1264 nümayişçi nəzarətə alınıb, 1049 polis və 1040 mülki şəxs yaralanıb.


Etiketlər:  Kolumbiyada hökumət əleyhinə etirazlar davam edir


RƏYLƏR