Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komandaların nümayəndələri “Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsinin keçiriləcəyi ərazi ilə tanış olublar (VİDEO)

Komandaların nümayəndələri “Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsinin keçiriləcəyi ərazi ilə tanış olublar (VİDEO)

Tarix: 2 Avqust 2019 23:28

Bakı. Trend:

Avqustun 2-də “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsində iştirak edən komandaların nümayəndələri dənizdə tapşırıqların yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Komandaların rəhbər heyəti ilə müsabiqənin keçirilməsi qaydaları, təhlükəsizlik və digər təşkilati məsələlərlə bağlı ilkin təlimat da keçirilib. Dənizdə gəmilərin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi müəyyənləşdirilib, o cümlədən müsabiqənin çalışmaları üzrə naviqasiya və taktiki hesablamalar da aparılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Komandaların nümayəndələri Dəniz kuboku 2019 beynəlxalq müsabiqəsinin keçiriləcəyi ərazi ilə tanış olublar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ