Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

3 ton çətənə kolu məhv edilib - "Xaş-xaş 2021" əməliyyatı - FOTO

3 ton çətənə kolu məhv edilib -

Tarix: 24 May 2021 18:18

Qaxda meşə massivində yabanı halda bitən 3 ton çətənə kolu məhv edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, "Xaş-xaş 2021" şərti adı altında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Fıstıqlı və Əlibəyli kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Həmin kəndlərin ərazisindəki meşə massivindən ümumilikdə çəkisi 3 tona yaxın olan 14550 ədəd çətənə kolu polislər tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Milli.Az


Etiketlər:  3 ton çətənə kolu məhv edilib Xaş xaş 2021 əməliyyatı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ