Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən populyar smartfonlar açıqlanıb

Ən populyar smartfonlar açıqlanıb

Tarix: 25 May 2021 10:18

Yeni “Apple” qurğular seriyası smartfonlar bazarında üstünlük təşkil edir. Bu barədə “Counterpoint” şirkətinin saytında dərc edilən aktual hesabatda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, 2021-ci ilin birinci rübü üçün olan məlumata görə, “iPhone” smartfonları həm satış həcminə, həm də pul vəsaitlərinin dövriyyəsinə görə birinci yeri tutur. Ən populyar qurğu ümumi satış həcmində payı 5 faizə bərabər olan “iPhone 12” olub. İkinci və üçüncü mövqelərdə payı müvafiq olaraq 4 və 3 faiz təşkil edən “iPhone 12 Pro Max” və “12 Pro” qərarlaşıb. Liderlər beşliyini “iPhone 11” və “Xiaomi Redmi 9A” tamamlayıb. Həmçinin ən populyar telefonlar onluğuna “Xiaomi Redmi 9”, “Samsung Galaxy A12”, “Xiaomi Redmi Note 9”, “Samsung Galaxy A21S” və “Galaxy A31” modelləri daxildir.

 

Qeyd olunur ki, “Apple” smartfonları gəlirin generasiya olunması baxımından əsas qurğular seçilib. Ən çox mədaxili qabaqcıl “iPhone 12 Pro Max” modeli gətirib – onun payı 12 faiz təşkil edir. İkinci və üçüncü pillələrdə payları müvafiq olaraq 11 və 9 faizə bərabər “iPhone 12” və “iPhone 12 Pro” yer alıb. Sonrakı mövqelərdə “iPhone 11” və “Samsung Galaxy S21 Ultra 5G” qərarlaşıb. İlk onluğa daha iki “Apple” smartfonu daxildir: “iPhone 12 mini” altıncı, “iPhone SE” isə doqquzuncu yerdədir.

 

“Counterpoint” mütəxəssisləri vurğulayıb ki, dünyada smartfonların satışından mədaxil ilk dəfə 100 milyard dollar səviyyəsini ötüb. Bazarda lider “Apple” və “Samsung” qurğuları olub. Onların sözlərinə görə, mədaxil artımı çoxsaylı qabaqcıl qurğuların buraxılışı ilə əlaqədardır.

 

Nizam Nuriyev




Etiketlər:  populyar smartfonlar açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ