Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messiyə ağır cəza verildi

Messiyə ağır cəza verildi

Tarix: 3 Avqust 2019 09:04

Cənubi Amerikanın Futbol Federasiyası (CONMEBOL) Argentina millisinin hücumçusu Lionel Messiyə üç aylıq cəza tətbiq edib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu qərarın verilməsinə futbolçunun Braziliyada keçirilən Amerika kuboku oyunları zamanı onun Cənubi Amerika futbol məmurlarını tənqid etməsi səbəb olub. O, məmurları ev sahibi olan komandanın qalibiyyəti üçün əllərindən gələni etməkdə ittiham edib. Messinin fikrincə, çempionatda hakimlər Argentina millisinə qarşı qərəzli olublar.

Qərarın noyabrın 3-dək qüvvədə olduğu müddətdə Messi milli komandanın Çili, Meksika və Almaniyaya qarşı keçirəcəyi matçları buraxmalı olacaq.

"Barselona"nın forvardı həmçinin 50 min dollar məbləğində cərimə ödəməli olacaq.

Daha əvvəl Messi Amerika Kuboku çərçivəsində Çili ilə üçüncü yer uğrunda keçirilən matçda qırmızı vərəqə alması səbəbindən martda DÇ-2022-nin birinci təsnifat mərhələsi oyununu buraxacağı bəlli olmuşdu.

 


Etiketlər:  Messiyə ağır cəza verildi


RƏYLƏR