Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 11:56
Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı qeyd olundu.
Sonxeber.net REAL TV-yə istinadən xəbər verir ki, artıq 20 ildir ki, qurum qarşıya qoyulan öhdəlikləri yerinə yetirir.
Ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli fərmanı ilə yaradılan nazirliyin əsas məqsədi ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirməkdir.
Nazirliyin əsas iş prinsiplərindən biri də ölkədə yaşıllıqların artırılması ilə bağlıdır.
Firdovsi Əliyevin sözlərinə görə, ulu öndərin birinci dəfə hakimiyyətə gəldiyi ilk günlərdə Bakıda məxsusi yaşıllıq həddindən artıq az idi. Məhz Heydər Əliyevin gəlişindən sonra ölkə ərazisində yaşıllıqların salınması ənənə halını almağa başladı.
Nazir müavini qeyd edib ki, 2008-ci ildə prezident İlham Əliyevin tapşırığı ilə nazirliyin nəzdində yaradılan Landşat Səhmdar Cəmiyyəti tərəfindən 4,5 min hektar meşə fonduna daxil olmayan ərazilərdə yaşıllıqlar salındı.
Hazırda bu işlər işğaldan azad edilmiş ərazilərdə davam edir.
Qurum rəsmisi deyib ki, bu yöndə Qarabağda görülən işlərdə Türkiyənin Çevrə və Orman Bakanlığının da xüsusi rolu və dəstəyi var.
O ki qaldı ötən gün nazirliyin 20 illiyi münasibətilə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə qurum əməkdaşlarının prezident tərəfindən təltif olunması məsələsinə...
Nazirliyin qarşıya qoyduğu hədəflər bununla bitmir. İstiqamət növbəti tapşırıqları yerinə yetirmək və icra etməkdir.