Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlillik məsələləri ilə bağlı bölgələrdə görüşlər keçiriləcək

Əlillik məsələləri ilə bağlı bölgələrdə görüşlər keçiriləcək

Tarix: 25 May 2021 17:08

İlk belə görüş mayın 27-də Xaçmazda olacaq, əlilliyin qiymətləndirilməsi üçün səyyar əyani müayinələr aparılacaq

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov tərəfindən əlillik və reabilitasiya məsələləri ilə bağlı bölgələrdə vətəndaşlarla görüşlər keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, ilk belə görüş mayın 27-də Agentliyin Xaçmaz şəhərindəki Reabilitasiya Mərkəzində olacaq. Bölgə sakinlərinin əlilliyin qiymətləndirilməsi, reabilitasiya xidmətləri və vasitələri ilə təminatla bağlı müraciətləri cavabalandırılacaq, müvafiq hallarda əlilliyin qiymətləndirilməsi üçün yerində əyani müayinələr aparılacaq.

Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan vətəndaşlar (050) 677 33 34 nömrəsinə zəng etməklə qəbula yazıla bilərlər. Əvvəlcədən tərtib edilmiş siyahı əsasında vətəndaşlar qəbul ediləcək.


Etiketlər:  Əlillik məsələləri ilə bağlı bölgələrdə görüşlər keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ