Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Google kvant kompüterləri yaradacaq

Google kvant kompüterləri yaradacaq

Tarix: 25 May 2021 21:48

Google şirkəti kommersiya məqsədli kvant kompüterlərini yaratmaq və onların 2029-cu ilə kimi satışlarını reallaşdırmaq planlarını elan edib. Bu barədə The Wall Street Journal xəbər verib. Sözügedən layihənin reallaşdırılması üçün şirkət Kaliforniyada ayrıca kampusu da istifadəyə verib. Hesablama texnologiyaları bazarında bu cür təklifləri edən təmsilçi hələki yoxdur. Qeyd etmək lazımdır ki, Google öz müştərilərinə təcrübə çərçivəsində kvant kompüterləri xidmətini artıq təklif edir.

Şirkət bu layihəyə bir neçə milyard dollar investisiya yatırmağı hədəfləyib. İdeyanın reallaşdırılması üçün Kaliforniyada artıq xüsusi kampus da istifadəyə verilib. Həmin kampus özündə tədqiqat laboratoriyalarını və mikrosxem istehsalı sexini birləşdirir. Tədqiqatçlar əmindirlər ki, kommersiya məqsədli kvant kompüterlərinin istifadəyə verilməsi öz növbəsində mövcud olan kompüter güclərindən fərqli olaraq biznesə tapşırıqların milyon dəfə daha sürətli yerinə yetirilməsi imkanını verəcək.

Milli.Az


Etiketlər:  Google kvant kompüterləri yaradacaq


RƏYLƏR