Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xarici qadın ''şpion''dan oxumaqdansa...''

''Xarici qadın ''şpion''dan oxumaqdansa...''

Tarix: 26 May 2021 00:15

2012-ci ildə ölkəmizi "Eurovision" mahnı müsabiqəsində təmsil edən Səbinə Babayev "Mata Hari" mahnısını tənqid edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu ilki nümayəndə heyətinin düzgün seçim etmədiyini deyib. "Eurovision 2021" təmsilçimiz Samirə Əfəndinin ifasını İnstaqramında yayımlayan S.Babayeva bunları əlavə edib:

"Baş verən müharibə və minlərlə şəhiddən sonra öz dilimizdə vətənpərvərlik ruhunda mahnı ifa edib 20-ci sırada olsaydıq, özümüzü qalib bilərdik. Xarici qadın "şpion"dan oxumaqdansa, Natəvan Xurşidbanu (Natəvan- XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı- red.) haqqında oxumaq yaxşıdır".


Etiketlər:  Xarici qadın şpiondan oxumaqdansa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ