Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Samur Gömrük Postunda tıxac yaranıb - VİDEO

Samur Gömrük Postunda tıxac yaranıb - VİDEO

Tarix: 26 May 2021 11:50

Tıxaca səbəb Rusiya Gömrük Postunun texniki imkanlarının məhdud olmasıdır

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, bir neçə gündür Rusiya-Azərbaycan sərhədində yük avtomobillərinin böyük növbəsi yaranıb. Hazırda biz Samur Gömrük Keçid Məntəqəsinin qarşısındayıq və burada yüzlərlə yük avtomobili Rusiyaya keçmək üçün növbədə dayanıb.

Rusiyanın ayrı-ayrı şəhərlərinə əsasən pomidor, kartof olmaqla meyvə-tərəvəz apardıqlarını deyən sürücülər 5 gündən çoxdur sərhəddə qaldıqlarını bildirir. Onların sözlərinə görə, avtomobillərdə soyuducu işləsə də, kənd təssərrüfatı məhsulları artıq xarab olmaq üzrədir.

Yaranan növbələrə Samur Gömrük postundan aydınlıq gətirildi. Bildirildi ki, növbələrin yaranmasına əsas səbəb Rusiya tərəfinin gömrük postunun texniki imkanlarının aşağı olmasıdır.

Samur Gömrük Postunun rəisi Eyvaz Əliyevin sözlərinə görə, növbənin yaranmasına səbəb mövsümlə əlaqədar ölkəmizdən keçən tranzit yük nəqliyyat vasitələrinin sayının artmasıdır. Belə ki, Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsinin infrastrukturu gün ərzində 200-250-dən artıq yük nəqliyyat vasitəsinin keçidini təmin etməyə imkan vermir. Bu da öz növbəsində tıxaca səbəb olur.

Samur Gömrük Postunun rəisi qeyd etdi ki, sərhədkeçmə proseslərinin intensivliyinin artırılması məqsədilə gömrük orqanları qarşı tərəfdəki həmkarları ilə mütəmadi olaraq müzakirələr aparır və sıxlığın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.

Məlumat üçün bildirək ki, hazırda Prezident İlham Əliyevin "Xanoba" Gömrük Postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq artıq Dövlət Gömrük Komitəsi bu istiqamətdə də müvafiq işlərə başlayıb. Tikinti işləri başa çatdıqdan sonra isə şimal istiqamətində yerləşən gömrük postlarındakı növbələr tamamilə aradan qaldırılacaq.


Etiketlər:  Samur Gömrük Postunda tıxac yaranıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ