Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəbnəm üzünü görmədiyi bacısından danışıb ağladı: Onu məndən gizlətməyin... - VİDEO

Şəbnəm üzünü görmədiyi bacısından danışıb ağladı: Onu məndən gizlətməyin... - VİDEO

Tarix: 26 May 2021 12:15

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı ifaçı Şəbnəm Tovuzlu olub.

Milli.Az xəbər verir ki, müğənni ondan gizlədilən bacısından danışıb:

"Bacım olduğunu dəqiq bilirəm. Lakin məlumatım yoxdur. Məndən gizlədirlər. O da məndən xəbərsizdir. Adı Sevildir. Məndən yaşda böyükdür. Övladlıq veriblər. Hamı bu məsələni inkar edirlər. Bircə xalam və xalam qızından başqa. Bacım da məndən xəbərsizdir, onun da bilməyini istəmirlər".

İfaçı efir vasitəsi ilə bacısı ilə bağlı müraciət də edib:

"Buradan kimlərə müraciət etdiyimi yaxşı bilirlər. İllərdir gizlətmisiz, mənim bir parçamdırsa onu məndən gilzətməyin. Mənə deyin. Söz verirəm ki, ona bildirmərəm. Həyatda iki arzum var. Biri anamın yuxuma girməsidir. Digəri isə bacımı görməkdir".

Milli.Az


Etiketlər:  Şəbnəm üzünü görmədiyi bacısından danışıb ağladı məndən gizlətməyin VİDEO


RƏYLƏR