Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dekanlıq tələbələri qorxutmaq üçün saxta sənəd göndərib? - FOTO

Dekanlıq tələbələri qorxutmaq üçün saxta sənəd göndərib? - FOTO

Tarix: 26 May 2021 18:32

Sosial şəbəkələrdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin təhsil haqqı borcu olan III kurs tələbələrinin siyahısından ibarət təqdimat sənədi yayılıb. Sənəddə həmin tələbələrin universitetdən xaric olunması üçün rektora müraciət edildiyi görünür. İddia olunur ki, təhsil haqqını verə bilməyən tələbələri qorxutmaq üçün həmin fakültənin dekanlığı tərəfindən saxta təqdimat hazırlanıb və tələbələrə göndərilib.

Sonxeber.net bildirir ki, qafqazinfo məsələ ilə bağlı universitetin mətbuat xidməti ilə əlaqə saxlayıb. Universitetdən yayılan sənədin saxta olduğu bildirilib və qeyd olunub ki, universitet rəhbərliyinin ondan xəbəri yoxdur:

"Həmin sənəddə nə möhür, nə də imza var. Biz bilmirik ki, kim tərəfindən düzəldilib və nə məqsədlə yayılıb. Hazırda bu məsələ aydınlaşdırılır. Həmin adları qeyd olunan tələbələr həssas qrupa aid olan tələbələrdir və onlara dövlət tərəfindən yardım olunur. 

Universitet rəhbərliyi həssas qrupa düşməyən tələbələrə belə müraciət edərək güzəştlər edəcəyini açıqlayıb. Onlar təhsil haqlarını hissə-hissə ödəyəcəklər. Bu sənəd saxtadır, universitet rəhbərliyinin ondan xəbəri yoxdur və təxribartdır".


Etiketlər:  Dekanlıq tələbələri qorxutmaq üçün saxta sənəd göndərib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ