Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu tarixdən sonra yeni müharibənin olub, olmayacağı dəqiqləşəcək - ŞƏRH

Bu tarixdən sonra yeni müharibənin olub, olmayacağı dəqiqləşəcək - ŞƏRH

Tarix: 27 May 2021 00:12

"Sərhədlərin delimitasiya, demarkasiya prosesi noyabrın 10-dan sonra Zəngilan, Qubadlı rayonlarından başlayıb. Çünkü Zəngilan, Qubadlı rayonları artıq Azərbaycan Ordusu tərəfindən azad edilmişdi". 

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

O bildirib ki, ermənilərin son günlərki provokasiyaları hökümətin seçkiqabağı özünə xal qazandırmaq üçün atdığı addımlardır:

"Bu rayonlardan sonra Kəlbəcər və Laçın rayonlarına Azərbaycan Ordusu daxil oldu və orada da sərhədlərin müəyyənləşdirilməsi prosesi başladı. Misal üçün, Gorus-Qafan yolunun bir hissəsi Azərbaycan ərazisindədir, Şurnux kəndi bölündü. Bu və bir çox digər yaşayış məntəqələrində sərhədlərin müyyənləşdirilməyə başladığı ilk zamanlarda tərəflər arasında müəyyən problemlər var idi, amma Ermənistanda çox da açıq-aşkar olaraq hökümət tərəfindən provokasiya şəklində yayımlanmırdı. Amma parlament seçkilərinin təyin olunması və Löçəryanı dəstəkləyən siyasi partiyalardan birinin məhz Sünik (Zəngəzur) vilayətinin keçmiş qubernatorunun olması, bu mövzunu artıq seçkiqabağı mövzuya çevirdi. Buna cavab olaraq da Ermənistan höküməti (Nikol Paşinyan) seçicilərini Köçəryana uduzmamaq üçün başladı bu cür addımlar atmağa, bu məsələni beynəlxalq səviyyədə qaldırmağa və s.

Sərhədlərin delimitasiya məsələsinin həlli birdir və beynəlxalq ictimaiyyət də artıq öz vahid mövqeyini bildirib. Rusiyanın və İranın XİN rəhbələri Bak və İrəvana həmin mesajla səfər etrdilər ki, artıq sülh müqaviləsi imzalanmalıdır və sülh müqaviləsində ərazi bütövlüyünün qarşılıqlı tanınması, eyni zamanda diplomatik münasibətlərin qurulması, sərhədyanı məsələlərin həlli üçün komissiyaların formalaşdırılması və onların siyasi-diplomatik yolla həllinin öhdəliyinin götürülməsi məsələləri yer almalıdır. Yəni, bu diplomatik münasibətlər olmadıqda, dövlətlərin bir-birini tanımama şəraitində sərhədlərin müəyyən olunmaması belə provokasiyalara gətirib çıxaracaq. 

Ermənilərin son günlərki provokasiyaları sırf daxili seçki qabağı kompaniyada hökümətin özünə xal qazandırmaq  üçün atdığı addımlarıdır. Prezident İlham Əliyev də öz tvitində də qeyd etdi ki, biz ümid edirik ki, məhz seçkidən sonra (20 iyun - Ermənistanda parlament seçkiləri) artıq bu məsələyə aydınlıq gətiriləcək. Bu məsələ rəsmi Bakının bütün bəyanatlarında xüsusilə vurğulandı ki, bu, Ermənistanın daxili siyasəti çərçivəsində aparılan provokasiyalardır. Hansı ki, Azərbaycan Ordusu çox ciddi şəkildə reaksiya verə bilər. Birinci belə insident Zəngilan rayonunda baş vermişdi. Prezident İlham Əliyev də bildirmişdi ki, biz bu dəfə keçdik, amma daha sonra bir də belə bir şey təkrarlanarsa ciddi şəkildə cavab verəcəyik. Prezident öz sözünə sadiqdir. Vasitəçilik funksiyasını üzərinə götürən ölkələr (Rusiya, Türkiyə, İran) ki, bu bölgədə münaqişə yox, postkonflikt əhval-ruhiyyəsinin dərinləşməsində maraqlıdırlar, onlar artıq öz səylərin göstərməlidirlər, elə addımlar atmalıdırlar ki, artıq geridönüşə yer qalmasın. Və bu addım da sülh müqaviləsidir, ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır, kommunikasiyların açılmasıdır. Lavrovun da son səfəri onu göstərir ki, bölgədəki qonşu dövlətlər məhz Azərbaycanın bu təqdim etdiyi və onun marağında olan istiqamətə dəstək verirlər".

Təhməz Əsədov


Etiketlər:  tarixdən sonra yeni müharibənin olub olmayacağı dəqiqləşəcək ŞƏRH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ