Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan erməni diversantların ələ keçirildiyini təsdiqlədi

Paşinyan erməni diversantların ələ keçirildiyini təsdiqlədi

Tarix: 27 May 2021 11:36

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycan tərəfinin 6 erməni diversantı ələ keçirdiyini təsdiq edib.

Sonxeber.net bildirir ki, onun sözlərinə görə, erməni əsgərlər xəbərdaredici işarələr olan yerdə mina basdırırmışlar:

"Hərbçilərimiz sərhəddə minalama işləri apararkən və bu zaman xəbərdaredici nişanlar qoyarkən Azərbaycan hərbçiləri tərəfindən tutulublar. İşlər Ermənistanın dövlət sərhədinin təhlükəsizliyinin artırılması məqsədilə aparılırdı". Əlavə edib ki, İrəvanda bir sıra qüvvələr Azərbaycan hərbçilərinin Ermənistan ərazisində olması ilə vəziyyətin gərginləşməsinə çalışır: "Lakin bu baş verməyəcək", - deyə Paşinyan bildirib.

Azər Nuriyev


Etiketlər:  Paşinyan erməni diversantların ələ keçirildiyini təsdiqlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ