Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2019 15:56
“Beşiktaş”ın vitse-prezidenti Sərdar Adalı “Şalke”nin futbolçusu Yevgeni Konoplyankaya maraq göstərdiklərini təsdiqləyib.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o bildirib ki, futbolçunun şərtləri transferin baş tutub-tutmasında vacib rol oynayacaq: “Konolyanka özü “Beşiktaş”a keçmək istədiyini deyib. Baxaq görək, alınacaqmı. Onun şərtləri vacibdir. Çünki o, həmin oyunçulardan deyil ki, məşqçilər heyəti bizdən futbolçuya istənilən pulun verilməsini istəsin”.
Daha öncə yayılan xəbərə görə, 29 yaşlı yarımmüdafəçinin transferi “qara-qartal”a 3 milyon avroya başa gələ bilər. Futbolçunun “Şalke” ilə müqaviləsi 2020-ci ilin 30 iyununda başa çatır.