Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2021 21:28
Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclas zamanı ilk olaraq Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu bu vəzifəyə Fuad Dərgahlının namizədliyi irəli sürülüb. Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək F.Dərgahlının namizədliyini yekdilliklə dəstəklənib.
Qeyd edək ki, Fuad Dərgahlı 10 mart 1974-cü ildə Bakı şəhərində anadan olub, 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tarix və Dövlət Hüququ fakültəsini bitirib.
1998-ci ildən başlayaraq müxtəlif qeyri-hökumət təşkilatlarında fəaliyyətə başlayıb, sosial, iqtisadi, təhsil sahələrində layihə və proqramların icrasına cəlb olunub. 2012-ci ildən "Savadlı Cəmiyyət" Müasir Təhsilə Dəstək İctimai Birliyinin sədri vəzifəsində çalışır.
İclasda Agentliyin əməyin ödənişi fondunun, strukturunun, işçilərinin say həddinin və onların əməkhaqlarının məbləğinin layihəsi müzakirəyə çıxarılıb, Müşahidə Şurasının üzvlərinin təklifləri nəzərə alınmaqla təsdiq olunub.
Cari məsələlərin müzakirəsi zamanı Agentliyin texniki təminatı və qarşısında duran vəzifələrə dair fikir mübadiləsi aparılıb.