Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2021 21:56
Bəzən Facebook-da paylaşım edərkən heç kəs paylaşdığımızı bəyənmir, bəzən də paylaşımımıza gözlədiyimizdən qat qat çox "bəyən" və "şərh" gəlir. Bəs səbəb nədir? Necə edək ki, hər paylaşdığımıza daha çox bəyən və şərh gəlsin?
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Buzz Sumo komandası facebookda 1 milyard paylaşımı analiz edib və nəticədə bu suallara cavab tapılıb.
Hansı paylaşımlar digərlərinə nisbətən 5 dəfə daha effektli olur.
Buzzsumo analiz edərkən aşağıdakı 5 növdəki paylaşımlarla analiz etmişlər.
Şəkilli Paylaşım (image posts)
Video Paylaşımı (videos)
Link paylaşımı (links)
Hədiyyəlik (giveaways)
Kupon / Endirim (coupons / discounts)
Qrafikdən gördüyünüz kimi Facebook-da şəkil və video paylaşarkən daha çox insan görür və daha çox interaktivlik yaranır.
- video paylaşdığınız zaman həmin videonun digərlərinin paylaşması ehtimalı daha çoxdur.
- şəkil paylaşdığınız zaman isə daha çox like gələ bilər.