Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lalə Azərtaş AĞIR İTKİSİNDƏN yazdı: Ruhun sevinir...

Lalə Azərtaş AĞIR İTKİSİNDƏN yazdı: Ruhun sevinir...

Tarix: 28 May 2021 09:25

Xəbər verdiyimiz kimi ötən il aparıcı Lalə Azərtaşın dayısı dünyasını dəyişmişdi.

Sonxeber.net big.az-a istinadən xəbər verir ki, aparıcı sosial media hesabında dayısının məzarı üstündən fotolar paylaşaarq:

"Hər kəs bu dünyaya gəldiyi kimi, bu dünyadan mütləq ki, köç edəcək... Fərq - kim özü adının necə xatırlanması üçün nə qədər dogru yaşayıb-yaşamayacagındadır... Bu qədər dogru yaşadıgını bilmirdim dayı... 1 il ötür... Tez və çətin keçən... İstərdim Ağdama geri döndüyümüzü, yeni nəvənin dünyaya gələcəyini və baş verən bəzi prossesləri görəsən, yenə bir yerdə durmayıb, civə kimi elə hey hərəkət edəsən... Amma qismət... Yəqin ki, ruhun görür, hiss edir, sevinir...1 il qəbrin üstündə 2 qara paltarlı qadın vardı... Bu bir ildə bir gündə xatırlanmadığın olmadı... Paylaşım etdim, hamı heyif İlqara dedi... Kim gördü dayın kişi kimi ogul idi dedi... Kimi dindirdim yetim-yesir atasıydı dedilər... Gözləri dola-dola gülümsədim... Sağ ol ki, dayı bu qədər doğru və 53 ilə bir ömürü sığdıracaq qədər dolğun yaşadın... İndi də yaş və təbəssüm qarışıq- özün demiş Allah sənə doğurdan da rəhmət eləsin..."


Etiketlər:  Lalə Azərtaş AĞIR İTKİSİNDƏN yazdı Ruhun sevinir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ