Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlilabadda 2 uşaq anasının qətlinin təfərrüatı - YENİLƏNİB

Cəlilabadda 2 uşaq anasının qətlinin təfərrüatı - YENİLƏNİB

Tarix: 28 May 2021 17:04

17:01

Cəlilabadda 46 yaşlı qadının qətlinin təfərrüatları məlum olub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Təzəkənd kənd sakini, 1975-ci il təvəllüdlü Rəna Allahqulu qızı Xanəliyeva ilə onun keçmiş həyat yoldaşı, 1980-ci il təvəllüdlü Cavid Nəriman oğlu Bayramov arasında mübahisə yaranıb.

Barışmaqlarını istəyən C. Bayramov mübahisə nəticəsində R. Xanəliyəvanı öz evində 10-dan çox bıçaq zərbəsi ilə qətlə yetirib.

Təxminən 10 il əvvəl boşanmış cütlüyün 2 övladı var.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

-------

13:26

Cəlilabadda qadın qətlə yetirilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki,  qətl hadisəsi rayonun Təzəkənd kəndində baş verib.

Kənd sakini olan qadının öldürüldüyü bildirilir.

Hazırda öldürülən qadının və qətli törədənin kimliyi müəyyənləşdirilir.

Faktla Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.


Etiketlər:  Cəlilabadda uşaq anasının qətlinin təfərrüatı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ