Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2021 14:32
Heç kim sual vermir ki, 2018-ci ildə Ermənistan Silahlı Qüvvələrində nə üçün belə bir problem yaşanır ki, hərbi qulluqçu məzuniyyətə gedir, lakin ona 10 min dram yol xərcini vermirlər. Deyirlər ki, sən konkret maşınla getməlisən. Hətta əgər sənin valideynin öz maşını ilə gəlib səni aparırsa, təyin olunan konkret maşınla getməsən də, sən yenə də o pulu sürücüyə verməlisən. Belə bir problem olubmu? Kim olmasının qətiyyən önəmi yoxdur. Biz bu məsələlərin dərinliyinə gedirik ki, nə üçün belədir? O zaman deyirlər ki, hərbi hissə komandiri büdcədən hətta yanmış lampaların pulunu belə ala bilmir. Yaxşı hərbi hissə komandiri bunun hamısını öz cibindən edə bilməz axı.
Sonxeber.net "şərq"ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Birincisi, hərbi hissə komandirlərinə xırda xərclər üçün büdcə ayırdıq. İkincisi, kiminsə əsgərlərdən bir qəpik də götürməsini qadağan etdik. Əsgərlərin aylıq ödənişlərini artırdıq. Külli miqdarda silah-sursat əldə etdik. Lakin 2018-ci və hətta 2019-cu ildə aydın oldu ki, xeyli zabit vəzifələri boş qalıb, həmin vəzifələri tutan olmayıb. Başa düşürsünüz - ştat olub, lakin xidmət etmək istəyən zabit olmayıb. Əgər əməkhaqların artım tempinə diqqət etsəniz, görərsiniz ki, əsasən taqım komandirləri səviyyəsində əməkhaqlar artırılıb. Nə üçün? Ona görə ki, xidmət etməyi cəlbedici edə bilək", - deyə N.Paşinyan əlavə edib.
"Bu gün bizi nədə desən, günahlandırırlar. Təəssüf ki, Ermənistanda zabit içindəki qızılı əldə etmək üçün S-300 hava hücumundan müdafiə sisteminin üzərindən platanı çıxarıb, aparıb 30-40 min drama satır. Əgər Ermənistan Respublikasında belə bir vəziyyət varsa, əlbəttə ki, bunlar ittiham edilməli məsələlərdir", - deyə Ermənistan baş naziri qeyd edib.