Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Öskürəyin dəqiq diaqnostikası necə aparılır?

Öskürəyin dəqiq diaqnostikası necə aparılır?

Tarix: 29 May 2021 19:21

Öskürəyin tez-tez rast gəlinən səbəbi tənəffüs sisteminin xəstəlikləridir. Diaqnozun qoyulması üçün instrumental və laborator müayinələr aparılır. Onların köməyilə morfofunksional pozğunluqlar və patoloji prosesin əlamətləri aşkar edilir. Ən informativ üsullar: bəlğəmin analizi, rentgenoloji üsullar, seroloji reaksiyalar və digər instrumental üsullar hesab edilir.
Öskürəyin respirator səbəbləri inkar edildikdə əlavə üsullar - qida borusunun kontrast rentgenoqrafiyası, EKQ, ürəyin USM icra olunur. Tənəffüs pozğunluqlarının dərəcəsini müəyyən etmək üçün qanın qaz tərkibi yoxlanılır. Xarici tənəffüs pozulduqda spiroqrafiya aparılır, əsas göstəricilər - forsirəolunmuş nəfəsvermə həcmi, ağciyərlərin həyat tutumu qiymətləndirilir. Belə hallarda əsasən  xəstələr immunoloq-allerqoloqun konsultasiyasına yönəldilir.


Etiketlər:  Öskürəyin dəqiq diaqnostikası necə aparılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ