Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 16:00
Cüdoçu Novruz Həsənov Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, zəfər onun taleyinə hələ körpəlikdən yazılmışdı. İdman meydanlarının mübarizi Novruz bu gün də döyüş meydanlarında qələbə qazandı. Bu onun son mübarizəsi olsa da, adını tarixin şərəfli səhifəsinə yazdı...
Novruz Həsənov 1996-ci il fevral ayının 20- Gədəbəy rayonunda doğulub. 2003-cü ildə cüdo idman növü ilə məşğul olmağa başlayıb. Dəfələrlə birinciliyi əldə edərək, Fəxri fərman və medallara layiq görülüb.
2016-cı ildə həqiqi hərbi xidməti başa vurub. Həmin ildən ali təhsilini davam etdirib ve 25 iyun 2018-ci ildə məzun olub.
Cüdo üzrə çempionumuz Novruz 2020 ci il sentyabrın 29-da könüllü olaraq cəbhəyə yollanır. Və o da silahdaşları ilə birgə hünər meydanına atılır. Murovdağ uğrundakı döyüşlərdə, daha sonra Füzulinin və kəndlərinin alınmasında iştirak edir. 2020-ci ilin noyabr ayının 8-də Şuşa döyüşlərində şücaət göstərərək qəhrəmancasına şəhid olur.
Qeyd edək ki,şəhidmiz 2020-ci il noyabr ayının 14-ü Gədəbəy rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
Qalibiyyət carçısı Şəhidimiz ölümündən sonra da mübarizliyini qorudu. 44 günlük Zəfər tariximizi yazan oğulların sırasında yer alan qəhrəmanımız ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medallarıyla təltif edilib.