Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 16:52
Rusiyanın "Uralskie avialinii" aviaşirkəti Perm şəhərindən Bakıya yeni reysləri işə salacaq.
Sonxeber.net bu barədə şirkətə istinadən məlumat verir.
Qeyd olunur ki, uçuşlar iyunun 3-dən başlayacaq və oktyabrın 28-dək davam edəcək.
Təyyarə Permdən saat 08:30-da çıxacaq, Bakıda 10:35-də eniş edəcək. Biletin qiyməti 220,23 dollar təşkil edir.