Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xanımına sataşana qadın paltarı geyindirib, döyüb polisə apardı - VİDEO

Xanımına sataşana qadın paltarı geyindirib, döyüb polisə apardı - VİDEO

Tarix: 31 May 2021 20:54

İstanbulun Pendik məhəlləsində yaşayan Ercan O. adlı şəxs həyat yoldaşına təcavüz etdi iddiası ilə günahlandırdığı şəxsi qadın paltarı geyindirib şəhər boyu zopa ilə döyərək gəzdirib. Kişinin xanımı bildirib ki, bir neçə dəfə onun yaşadığı yerə gəlib onu narahat edib, sataşmağa başlayıb.

Milli.Az haberturk-a istinadən xəbər verir ki, sonra da həmin şəxsi döyə-döyə polis bölməsinə aparıb. Baş verən hadisə küçədəkilər tərəfindən telefonların kameralarına düşüb. Polis bölməsində nəzarətə alınan Ercan O. və qadına təcavüz etdiyi iddia edilən şəxs sonradan məhkəmə tərəfindən sərbəst buraxılıb.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Xanımına sataşana qadın paltarı geyindirib döyüb polisə apardı VİDEO


RƏYLƏR