Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zöhrə Abdullayevanın ölümünə səbəb olan nadir xəstəlik - Nədən yaranır, əlamətləri

Zöhrə Abdullayevanın ölümünə səbəb olan nadir xəstəlik - Nədən yaranır, əlamətləri

Tarix: 31 May 2021 21:27

Bir neçə gün öncə 1 ildən artıqdır nadir autoimmun xəstəlik olan sistem sklerodemiya xəstəliyindən əziyyət çəkən əməkdar artist Zöhrə Abdullayeva vəfat etdi. Deyilənlərə görə, onda belə bir xəstəlik əvvəllər olmayıb, oğlunun ölümündən sonra səhhəti zəifləyib, müxtəlif diaqnozlar qoyulub, sənətçi depressiyada olub. Ən sonda onda sistem sklerodermiya xəstəliyi təsdiqlənib.

Milli.Az bu xəstəlik haqqında məlumatı təqdim edir

Sistem sklerodermiya birləşdirici toxumanın və kiçik damarların ümumi sistem xəstəliyidir. Bu xəstəlik dərinin və daxili orqanların fibroz -skleroz dəyişiklikləri ilə təzahür edir.

Xəstəlik daxıli orqanların tərkib hissəsi olan birləşdirici toxumanın, dəri və damarlarda fibrozun inkişaf etməsi, fibroblastların fəaliyyətinin pozulması nəticəsində çoxlu miqdarda kallogen əmələ gətirməsi ilə əlaqədardır.

Sistem sklerodermiya xəstəliyinin əmələ gəlməsində virusların böyük əhəmiyyətinin olduğu vurğulanır. Zədələmiş toxumalarda virusabənzər əlavələrin tapılması, antivirus antitellərinin yüksəlməsi, zülal mübadiləsinin pozulması, Reyno sindromu buna sübutdur. Xəstəliyin əmələ gəlməsində ailə - genetik faktorun da rolunun böyük olduğu qeyd olunur.

Xəstəliyin əmələ gəlməsində qeyri-əlverişli xarici amillərin də rolu var (bədənin kəskin soyuması, travmalar, neyro -endokrin funksiyaların pozulması və s,)
Xəstəlik insan DNT-sini belə zədələyir.

Sklerodermiyanın aşağıdakı növləri vardır:

1.Presklerodermiya
2.Diffuz dəri sklerodermiyası
3.Diffuz dəri sklerodermiyası
4.Sklerodermiyasız sklerodermiya

Xəstəlik gedişinə görə 3 mərhələyə bölünür:

Birinci mərhələ yarımkəskin gedişdə olub oynaq əlamətlərinin üstünlüyü ilə gedir

İkinci mərhələdə bir cox orqan və sistemin zədələnməsi meydana çıxır.

Üçüncü mərhələdə xəstədə ağır sklerotik, distrofik və ya damar nekrotik
proseslərin üstünlüyü ilə bir neçə orqanın funksiyasının pozulması müşahidə edilir.

Xəstələr daha çox ürək və böyrəklərin sıradan çıxması səbəbindən dünyasını dəyişir.

Xəstəlik, adətən dərinin zədələnməsi ilə başlanır,sonra tədricən orqanların zədələnməsi prosesə qoşulur. Xəstəlik davam etdikcə onun gedişi də kəskin, yarımkəskin, və xroniki hala çevrilir.

Xəstəlik adi revmatizm kimi əl ayaq oynaqlarında, barmaqlarında dəyişiklik, ağrılarla başlaya bilir.

Nadir xəstəliklərdən hesab edilən sklerodermiya daha çox yaşlılarda, xüsusilə də qadınlarda rast gəlinir. /medicina.az

Milli.Az


Etiketlər:  Zöhrə Abdullayevanın ölümünə səbəb olan nadir xəstəlik Nədən yaranır əlamətləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ