Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda Facebook istifadəçilərinin sayı - Açıqlanıb

Azərbaycanda Facebook istifadəçilərinin sayı - Açıqlanıb

Tarix: 1 Iyun 2021 21:12

"Facebook" sosial şəbəkəsinin Azərbaycan üzrə istifadəçilərinin əhaliyə nisbətdə nüfuzetmə səviyyəsi (31 mart 2021-ci il tarixinə) 42,4% təşkil edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə "Internet World Stats"ın (IWS) dərc etdiyi hesabatda deyilir.

IWS-in məlumatına görə, 10,223 milyondan çox əhalisi olan ölkədə "Facebook" istifadəçilərinin sayı 4,337 milyonu ötür.

Cari ilin əvvəlindən (IWS-nin 2020-ci ilin dekabrın 31-də dərc etdiyi son hesabatının nəticələri ilə müqayisədə) martın 31-dək, ölkə üzrə "Facebook" istifadəçilərinin sayında 3,6% artım qeydə alınıb.

Bu dövr ərzində "Facebook"un əhali arasında nüfuz dərəcəsi 1,5 faiz bəndi artıb.

Qeyd edək ki, sosial şəbəkənin Cənubi Qafqaz ölkələri üzrə istifadəçi sayı Gürcüstanda 3,126 mln., Ermənistanda isə 1,805 mln. təşkil edir.

Milli.Az


Etiketlər:  Azərbaycanda Facebook istifadəçilərinin sayı Açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ