Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ-95 və Aİ-98 markalı benzin niyə bahalaşdı? - SƏBƏBLƏR

Aİ-95 və Aİ-98 markalı benzin niyə bahalaşdı? - SƏBƏBLƏR

Tarix: 2 Iyun 2021 11:06

Bu gündən Azərbaycanda Aİ-95 (Premium) və Aİ-98 (Super) markalı avtomobil benzini bahalaşıb. Məlumata görə, ölkəyə 2014-cü ilin aprelin 1-dən idxal olunan Aİ-95 benzininin qiyməti 1,25 manatdan 1,40 manata, Aİ-98 benzininin qiyməti isə 1,40 manatdan 1,55 manata yüksəlib.

Yanacağın qiymətinin artmasının hansı zərurətdən irəli gəldiyini araşdırmağa çalışaq. Əvvəlcə rəsmi xəbərə nəzər salaq. SOCAR-ın yaydığı məlumatda bu addımın ölkə daxilində bu benzin növlərinin qiymətinin artımı birbaşa olaraq dünya bazarında neftin və neft məhsullarının bahalaşması ilə əlaqədar olduğu bildirilir. Belə ki, hər iki benzin növü ölkəyə idxal olunur və bu benzin növləri ölkə daxilində istehsal olunmur və idxal olunduğuna görə, həmin benzin növlərinin qiyməti də idxal edilən ölkələrin, yəni beynəlxalq bazarda olan qiymətlərdən asılıdır. Beləliklə, dünyada neftin və neft məhsullarının qiyməti artdıqca, bu benzin növlərinin də Azərbaycanda qiyməti artır, azaldıqca - azalır. Məsələn, pandemiyadan əvvəl Aİ-95-in bir litrinin qiyməti 1,5 manat idi, daha sonra, pandemiya dövründə hətta 1,2 və 1,1 manata düşmüşdü. İndi isə dünyada neftin və neft məhsullarının qiyməti artıb və bununla əlaqədar olaraq idxal edilən benzin növlərinin qiyməti Azərbaycanda da yüksəlib.

Onu da qeyd edək ki, əgər bu benzin növlərinin qiyməti dünya bazarlarında azalarsa, Azərbaycanda da bu benzin növləri ucuzlaşacaq, artdığı halda isə bahalaşacaq. Bu benzin növləri Azərbaycanda nisbətən az istifadə olunur. Əsas istifadə edilən yanacaq növləri dizel və Aİ-92 benzinidir. Bunlar ölkədə istehsal olunur. Ölkə daxilində istehsal olunduğuna görə, bunların qiymətini dövlət tənzimləyir. Gələcəkdə Heydər Əliyev adına NEZ-də aparılan modernizasiya nəticəsində 2022-ci ildən sonra zavodda Aİ-95 benzinin də istehsalı mümkün ola bilər. Belə olduğu halda, biz bu benzinin idxalından asılılığımızı azalda bilərik və yaxud ümumiyyətlə aradan qaldıra bilərik. Yəni özümüz ölkə daxili istehsal edəcəyik və qiymət də artıq xarici amillərdən asılı olmayacaq. Belə olduğu halda, dövlət öz siyasətinə uyğun olaraq onları tənzimləyə biləcək.

Qiymət artımını zəruri edən başqa məsələlər də var. 44 günlük müharibə nəticəsində əldə olunan möhtəşəm Qələbə işğaldan azad edilən torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Və ən əsası: torpaqlarımızı hansı formada əldə etdik? Tamamilə yer üzündən silinmiş, dağılmış vəziyyətdə. Sanki bu torpaqlarda insan deyil, vəhşi bir qəbilə yaşayıb. Onların yenidən qurulması, ev-eşiklərindən qovulan insanların doğma yurdlarına qayıtması milyardlarla vəsait tələb edir. Əldə olunan gəlirlər də ancaq bu işlərə sərf olunacaq. Başqa bir məsələ - Azərbaycan bütün bu işləri ancaq daxili vəsaitləri hesabına həyata keçirir. Heç bir beynəlxalq təşkilatlardan vəsait almadan, borclanmaya getmədən həyata keçirir. Bütün bunlar da onu deməyə əsas verir ki, atılan addımlar yalnız və yalnız insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur.

Azər Nuriyev


Etiketlər:  markalı benzin niyə bahalaşdı SƏBƏBLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ