Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yevlaxda narkotik satan şəxs saxlanıldı

Yevlaxda narkotik satan şəxs saxlanıldı

Tarix: 2 Iyun 2021 15:08

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə olan heroini satmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də məhkum edilmiş Fuad Qurbanov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirlir.

Milli.Az


Etiketlər:  Yevlaxda narkotik satan şəxs saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ